Nazirlik Metropoliteni məhkəməyə verdi

nazirlik-metropoliteni-mehkemeye-verdi
Oxunma sayı: 1936

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı “Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

Araşdırma zamanı avtomobillərin “Bakı metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.