Nazirlik müsabiqə elan etdi - I yer 1000 manat

nazirlik-musabiqe-elan-etdi-i-yer-1000-manat
Oxunma sayı: 820

Nazirliyin mətbuat xidmətindən “Qafaqzinfo”ya daxil olan məlumata görə, müsabiqənin mövzusu “Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi”adlanır.

Müsabiqənin şərtləri:

1. Yazılı və elektron KİV nümayəndələri iştirak edə bilər.
2. Müsabiqəyə təqdim ediləcək yazılar 01-21 aprel tarixində yazarın təmsil etdiyi KİV-də nəşr edilməlidir.
3. Müsabiqəyə təqdim ediləcək yazılar araşdırma xarakterli olmalıdır.
4. Əvvəllər dərc olunmuş yazıların təkrar olaraq müsabiqəyə təqdim edilməsi qəbul edilməzdir.
5. Yazıların həcmi 11 min işarədən az olmamalıdır.
6. Müsabiqəyə təqdim ediləcək yazı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlandığı göstərilməlidir.
7. Yazılar elektron variantla yanaşı, dərc olunmuş nüsxədə 22-30 aprel 2013-cü il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində (Salatın Əsgərova 85, 4-cü mərtəbə) qəbul ediləcəkdir.

Müsabiqənin mükafatlandırma fondu:

* I Yer - 1000 manat
* II Yer - 700 manat
* III Yer - 500 manat
* Hər biri 200 manat olmaqla həvəsləndirici mükafat - 5 ədəd

Qeyd: Qaliblər 01 – 10 may tarixlərində Bakı şəhərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında elan olunacaqlar.

Əlaqə telefonu: +99412 541 97 66 , +9955 616 61 66
Elektron ünvan: [email protected]