Nazirlik müsabiqə qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək

Nazirlik müsabiqə qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək
Oxunma sayı: 327

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron hökumət həllərinin və elektron xidmətlərin daha çox insana əlçatan olması üçün yeni təşəbbüslə çıxış edib.

Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi 10-cu qrant müsabiqəsinin qalibləri “Elektron imza”nı daha ucuz qiymətə əldə edə biləcəklər. Nazirliyin Məlumat Hesablama Mərkəzi 10-cu qrant müsabiqəsində qalib gəlmiş bütün təşkilatlar və gənclər üçün “Elektron imza”nın qiymətlərinə 30%  güzəşt edib.

Bundan başqa, qaliblərə Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən “Elektron imza”nın istifadəsi üzrə bütün təlimlər də ödənişsiz keçiləcək.

Qeyd edək ki, “Elektron imza”ların əldə edilməsi üçün fərdi gənclər və gənclər təşkilatları istənilən “Şəbəkə” xidmət mərkəzlərinə, həmçinin “Elektron imza” qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 10-cu qrant müsabiqəsinin nəticələrinə əsasən 568 layihəni maliyyələşdirəcək.

İmzaların əldə edilməsi ilə əlaqədar www.e-gov.az , [email protected] , 157 çağrı mərkəzi, təlimlərdə iştirak ilə əlaqədar isə www.e-training.az , [email protected] , (012) 505-01-13,  (077) 505-01-13  əlaqə vasitələri ilə məlumat almaq olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi