Nazirlik Neft Emalı Zavodunu məhkəməyə verir

Nazirlik Neft Emalı Zavodunu məhkəməyə verir
Oxunma sayı: 1033

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

"Qafqazinfo" xəbər verir ki, faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək.

Atmosferə zərərli atılmalara görə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.  

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün  Neft  Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib. 

                           


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi