Nazirlik nəticələri açıqladı

nazirlik-neticeleri-aciqladi
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2012-ci ilin 9 ayı ərzində dənizdə və sahil zolağında fəaliyyət göstərən müəssisələrdə 1019 ekoloji monitorinq keçirilib. Monitorinqlərin məqsədi həmin müəssisələrdə yaranan tullantıların Xəzər dənizinin suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplanılması, onların minimuma endirilməsi istiqamətində tədbirlər görülməsi olub..

Monitorinqlər zamanı 2 min 793 su, 3 qazma məhlulu, 6 şlam nümunəsi götürülmüş, onların üzərində 31 min 331 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.

Bundan əlavə, Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınmış və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb.