Nazirlik nümayəndələri Danimarkada olublar

nazirlik-numayendeleri-danimarkada-olublar
Oxunma sayı: 647

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Dayanıqlı sosial xidmətlərin formalaşdırılması: Keyfiyyət, fəaliyyət, innovasiya» mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, Nazirliyin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Vüqar Salmanov, Dövlət Sosial Təminat Xidmətinin məsləhətçisi Vüqar Behbudov da iştirak ediblər.

Konfransda yeni iqtisadi reallıqlar şəraitində iqtisadi, sosial və ekoloji tərəqqiyə eyni zamanda nail olunması, dayanıqlı və hamı üçün sosial xidmətlər sisteminin yaradılması, sosial xidmətlər sahəsində dövlət, özəl və könüllü sektorlar arasında qarşılıqlı əlaqənin qurulması, həssas əhali qruplarının cəmiyyətə fəal inteqrasiyası, habelə bu sahələrlə bağlı daha təkmil və real nəticələrə ünvanlanan sənədlərin hazırlanması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində keçirilən seminarlarda sosial xidmətlərin dayanıqlı yerli inkişafda rolu, risk qrupuna daxil olan uşaqların effektli sosial müdafiə ilə əhatə olunması, onların erkən yaşlarında inkişafına dəstəyin göstərilməsi, sosial və mədəni həyatda iştirakına şəraitin yaradılması və digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb.