Nazirlik nümayəndələri seminarda iştirak edirlər

nazirlik-numayendeleri-seminarda-istirak-edirler-
Oxunma sayı: 671

AİB-in Azərbaycanda Daimi Nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, seminarda Asiyada və Sakit Okean hövzəsində yerləşən ölkələrin orta və yüksək səviyyəli ticarət rəsmiləri iştirak edir. Seminar ticarət rəsmilərinə regionun ticarət siyasətində üzləşdiyi əsas problemlər haqda məlumat verəcək və bu məsələləri Asiyadan olan həmkarları və ekspertlərlə müzakirə etmək üçün imkan yaradacaq.

Demək olar ki, AİB-ə daxil olan bütün üzv ölkələrin rəsmiləri seminarda iştirak edirlər. Azərbaycanı seminarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edir.

Beş günlük seminar bir sıra məsələləri nəzərdən keçirəcək: ticarət siyasətinin dinamikası və istehsal şəbəkələri, Doha müzakirələri və Ümumdünya Ticarət Təşkilatındakı son tendensiyalar, ticarət siyasətində yeni məsələlər (hökumət səviyyəsində satınalmalar, intellektual mülkiyyət hüquqları və ətraf mühit), ticarət siyasətini qiymətləndirmək və həyata keçirmək üçün mövcud olan onlayn vasitələr və azad ticarət zonaları.

Nigar Məmmədli