Nazirlik partiyalara seminar keçəcək

nazirlik-partiyalara-seminar-kececek
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminarların keçirilməsinə başlanılacaq.

Siyasi partiyalarda mühasibat uçotinin aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminar praktikumlar 13-15, 19-21 və 25-27 fevral 2013-cü il tarixlərdə təşkil ediləcək. Seminarlarda “Siyasi partiyalarda maliyyə hesabatlarının tərtibi üzrə konseptual əsaslar”, “Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi” mövzularda təlimlər keçiriləcək.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Nigar