Nazirlik plastik torbaların ziyanı ilə bağlı mətbuat konfransı keçirdi

nazirlik-plastik-torbalarin-ziyani-ile-bagli-metbuat-konfransi-kecirdi
Oxunma sayı: 2034

"Hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları bir neçə sellofan torba ilə evə aparırır. Mərhələli şəkildə plastik torbalardan istifadənin məhdudlaşdırılması həyata keçiriləcək. İlk öncə maarifləndirmə tədbirləri aparmalıyıq".

"Qafqazinfo" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. 

U.Tağıyevanın sözərinə görə, plastik torbaların ödənişli olması gələn il daxil olan kimi tətbiq edilməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcılar da ipdən toxunan, parçadan hazırlanan, yaxud həsir tipli zənbillərdən istifadə edirdi:

"Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan kağızı da, parçanı da, həsiri də sellofan torbalar əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" adlandırılan sellofan torbalarda qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur. Təmiz ətraf mühit üçün sellafon torbalardan imtina etməli, kağız və parça torbalara geri dönməli, alış-verişlərdə həsir zənbillərdən istifadə etməliyik. Bununla da ətraf mühitin qorunmasına mühüm bir addım atmış olacağıq".