Nazirlik Polis İdarəsinə məktub göndərdi

nazirlik-polis-idaresine-mektub-gonderdi
Oxunma sayı: 629

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindın “Qafqazinfo”ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə  olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.

Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayeva verilib. 

Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.