Nazirlik “Porsche”yə qarşı iş qaldırdı

nazirlik-porscheye-qarsi-is-qaldirdi
Oxunma sayı: 1185


“Qafqazinfo” İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin reklamlarda “Porsche” markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Porsche – ormanların padşahı” və “Porsche – komfort etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən “Əfəndilər” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam etdirilir.