Nazirlik prokurorluğa müraciət etdi

Nazirlik prokurorluğa müraciət etdi
Oxunma sayı: 817

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar  məsələyə hüquqi qiymət verilməsi və  təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər  Prokurorluğuna  göndərilib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi