Nazirlik qarölçmə işlərinə başlayıb

nazirlik-qarolcme-islerine-baslayib
Oxunma sayı: 650

Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupunun həyata keçirdiyi ekspedisiya 20 gün davam edəcək.

ETSN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qarölçmə işləri Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan MR-nın çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən aparılacaq.

Qarölçmə işlərinin nəticələrinə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrun axım proqnozunun tərtibində istifadə olunacaq.


Nigar Məmmədli