“Nazirlik qarşısında heç bir maliyyə iddiası yoxdur”

nazirlik-qarsisinda-hec-bir-maliyye-iddiasi-yoxdur
Oxunma sayı: 646

MMC-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanan 25 oktyabr 2010-cu il tarixli T-08/10 nömrəli müqaviləyə əsasən, “Saf Təchizatçı” MMC tərəfindən Salyan rayonunda əlil və şəhid ailələri üçün 4 mərtəbəli 16 mənzilli yaşayış binasının inşası təmin edilib və tikinti üçün ayrılan vəsait həmin müqaviləyə uyğun olaraq, “Saf Təchizatçı” MMC tərəfindən tam alınıb: “Hazırda şirkətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında heç bir maliyyə iddiası yoxdur”.