Nazirlik rəsmisi mükafatlandırıldı

nazirlik-resmisi-mukafatlandirildi
Oxunma sayı: 654

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illərdə əmək və sosial müdafiə sistemində aparılan islahatlar barədə KİV-ə informasiya açıqlığını təmin edən bir dövlət orqanıdır.

“Qafqazinfo” xəbər verir ki, bu amil nəzərə alınmaqla, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri mətbuatla səmərəli əməkdaşlığın qurulmasındakı fəaliyyətinə görə mükafata layiq görülüb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun milli mətbuatımızın  yaranmasının 142 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbirdə mükafat nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevə təqdim olunub.