Nazirlik şəhərdə köşk quraşdırır

nazirlik-seherde-kosk-qurasdirir
Oxunma sayı: 701

Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilərlər.
Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək surətlə internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılıb.

Nigar Məmmədli