Nazirlik təhsil şöbəsində yoxlamalara başlayıb

nazirlik-tehsil-sobesinde-yoxlamalara-baslayib
Oxunma sayı: 1193


Yerli sakinlərin “Qafqazino”ya verdiyi məlumata görə, Maliyyə Nazirlyinin əməkdaşları rayon təhsil şöbəsinə daxil olan məktəblərdə maliyyə yoxlamarı aparır. Ərazisi işğal olunmuş rayonun məktəblərinə ayrılmış büdcə vəsaitlərinin yerləşdirilməsi, təyinatı üzrə xərclənməsi istiqamətində yoxlamalar gedir. Nazirlyinin əməkdaşları bir-bir rayon məktəblərini gəzərək vəziyyətlə yerində tanış olur.

Qeyd edək ki, Ağdam təhsil şöbəsində 146 məktəb fəaliyyət göstərir. Bu təhsil ocaqlarının əksəriyyəti Ağdamın işğal olunmayan ərazilərində, o cümlədən Bakı, Abşeron Mingecevir, Şəki, Bərdə, Ağcabədi və digər rayonlarda yerləşir.