Nazirlik tenderi başa çatdırdı

nazirlik-tenderi-basa-catdirdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, tender “Azərbaycan Respublikası Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilib. Tender çərçivəsində həyata keçiriləcək fəaliyyətlər Dünya Bankının maliyyə vəsaiti hesabına olacaq.

Tenderdə BestComp Group, SINAM, Ultra Computers və Siveco Romania S.A. (Rumıniya) (konsorsium), Colvir SW Solutions (İngiltərə) və KomTek (konsorsium) və Kanadının Free Balance İnc. Şirkətləri iştirak edib. Tender komissiyasının yekun rəyi ilə SINAM şirkəti tenderin qalibi müəyyən edilib.

Nigar