Nazirlik Ticarət Mərkəzini yoxladı

nazirlik-ticaret-merkezini-yoxladi-
Oxunma sayı: 648

Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binası inşa edən “Səfalı Ticarət Mərkəzi” ASC-də keçirilmiş kompleks tədbirlər nəticəsində ASC-nin rəhbərliyi tərəfindən 43 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da onların gəlirlərinin gizlədildiyi aşkarlanıb. Əmək müqaviləsi bağlanılmayan işçilərdən və ASC-nin rəhbərliyindən alınmış izahatlardan aydın olub ki, həmin fəhlələrin əksəriyyətinin tikinti sahəsində bir neçə ay ərzində çalışdığına baxmayaraq, onların heç biri ilə əmək müqavilələri (kontraktları) bağlanılmayıb və sənədləşdirmə işləri aparılmayıb. “Səfalı Ticarət Mərkəzi” ASC-nin vergi orqanlarına təqdim etdiyi muzdlu işlə əlaqədar vergi bəyannamələrində isə cəmi bir neçə nəfər işçinin müxtəlif işlərə cəlb edildiyi bəyan edilib.

Nəzarət tədbirləri zamanı həmçinin tikinti işlərinə cəlb edilmiş işçilərin hüquqlarını pozaraq onların əmək təhlükəsizliyi qaydalarına riayət edilmədən, müvafiq qoruyucu geyim və ayaqqabılarla təmin edilmədən işlədildiyi aşkarlanıb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Nigar Məmmədli