Nazirlik üçün təlim

nazirlik-ucun-telim
Oxunma sayı: 642

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, layihə üzrə işçi qrupun rəhbəri Pol Huijzendveld və Polşa Respublikasından olan beynəlxalq ekspert Zofia Pavlovska tərəfindən aparılan təlimdə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından 30 nəfər əməkdaş iştirak edib. Təlim zamanı TŞƏS idarəetmə sistemlərinin inkişaf mərhələləri nəzərdən keçirilib, QOST 12.0.320 standartının məqsədləri, ümumi strukturu və səbəbləri, müəssisələrdə TSƏŞ idarəetmə sisteminin sənədləşdirilməsi, həmçinin daxili və xarici audit yoxlamalarının həyata keçirilməsi, iş yerlərində risklərin qiymətləndirilməsi, həmin sistemlərin əmək müfəttişləri tərəfindən qiymətləndirilməsi barədə məlumat verilib.

Məlumat üçün bildirək ki, «Sosial Müdafiənin İnkişafı» Layihəsi çərçivəsində 2010-cu ilin iyul ayından etibarən həyata keçirilən «Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması» tapşırığı DƏMX-in beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına dəstək verilməsi məqsədini daşıyır.