Nazirlik “Ümumdünya ətraf mühit günü”nü qeyd edəcək

nazirlik-umumdunya-etraf-muhit-gununu-qeyd-edecek
Oxunma sayı: 676

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu il də 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənəcək.

Qeyd edək ki, 1972–ci ildən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Nigar