Nazirlik xəbər yaydı

nazirlik-xeber-yaydi
Oxunma sayı: 637

Fövqəladə Hallar Nazirliyi (FHN) oktyabrın 24-də Yasamal rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası haqqında məlumat yayıb. Nazirliyin saytında verilən məlumata görə, Yasamal rayonunda “Mercedes”, “VAZ”, “Opel”, “Tofaş” markalı minik avtomobilləri, “QAZel”, “Ford” markalı yük avtomobilləri, “Mercedes” markalı sərnişin avtobusu və “Hyundai” markalı mikroavtobus zəncirvari toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb, yanğın baş verib. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 2 nəfər ölüb. “Mercedes” markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.