Nazirlik yeni atlas hazırlayacaq

nazirlik-yeni-atlas-hazirlayacaq
Oxunma sayı: 1468

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmi məlumat toplusu – atlas hazırlayacaq.

"Qafqazinfo" xəbər verir ki, atlas Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində hazırlanır. Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumat - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq.

Atlasın hazırlanması üzərində bitki mühafizəsi istiqamətində çalışan mütəxəssislər çalışacaq. Hazırlanmış atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.

Atlasın çap ilə yanaşı, hər kəsin əldə edə bilməsi üçün elektron formatda hazırlanması nəzərdə tutulub.