Nazirlikdə Avropa İttifaqı ilə birgə beynəlxalq konfrans keçirilib

nazirlikde-avropa-ittifaqi-ile-birge-beynelxalq-konfrans-kecirilib
Oxunma sayı: 637

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri, beynəlxalq dərəcəli ekspertlər və nazirliyin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa Qonşuluq Siyasətləri proqramlarında iştirakı, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyinin artırılması” üzrə Tvinninq layihəsinin nəticələri müzakirə olunub. Konfrans iştirakçıları həyata keçiriləcək növbəti islahatlar barədə təqdim olunan məlumatları da müzakirə ediblər.

Nigar Məmmədli