Nazirlikdə Mahmutoviçlə görüş olub

nazirlikde-mahmutovicle-gorus-olub
Oxunma sayı: 644

Mayın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Serbiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin dövlət katibi Senad Mahmutoviç ilə görüş keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Serbiya arasında meşəçilik və su təsərrüfatı sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.