Nazirlikdə türklərlə görüş olub

nazirlikde-turklerle-gorus-olub
Oxunma sayı: 640

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşü giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daim genişləndiyini vurğulayıb. Qeyd olunub ki, bir qədər öncə, sentyabrın 11-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında ölkələrimiz arasında qardaşlıq, tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi bir daha təsdiqini tapıb. Görüşdə Türkiyə iş adamlarının yatırımlarının xüsusən ölkəmizin qeyri-neft sektorunda öz həcminə görə ilk sıralarda yer aldığı, ATİB üzvləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 3 milyard dollardan çox investisiya yatırıldığı, ATİB-in Azərbaycan və Türkiyə iş adamlarının səylərinin ölkəmizin ümdə iqtisadi maraqları ətrafında birləşdirilməsi sahəsində mühüm işlər gördüyü vurğulanıb. Hazırda ATİB-in 91 üzvünün olduğu, onlara məxsus müəssisələrdə 50 min nəfərdən çox işçinin çalışdığı, bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təşkilatla əməkdaşlığının xüsusi önəm kəsb etdiyi bildirilib. Görüşdə ATİB üzvlərinə məxsus müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, bununla bağlı həmin müəssisələrin ərazi məşğulluq xidmətləri ilə əməkdaşlığının daha səmərəli şəkildə qurulması sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.