Nazirlikdə YAP-ın ilk ərazi təşkilatının toplantısı

nazirlikde-yap-in-ilk-erazi-teskilatinin-toplantisi
Oxunma sayı: 642

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantını giriş sözü ilə açan Nazirliyin Aparat rəhbərinin müavini Elnur Camalxanov ötən il Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinin yalnız partiyanın üzvləri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirərək, YAP-ın mənsub olduğu xalqın ümdə maraq və mənafelərinin təmin olunmasını daim özünün başlıca fəaliyyət məramına çevirdiyini vurğulayıb. Qeyd olunub ki, hazırda xalqımızın 90 illik yubileyini sonsuz ehtiram hissi ilə qeyd etməyə hazırlaşdığı ümummilli liderimiz Heydər Əliyevin ideyalarının daşıyıcısı olan və möhtərəm Prezident cənab İlham Əliyevin respublikanı böyük perspektivlərə doğru aparan siyasi kursunun icrasında fəal iştirak edən bu partiya eyni zamanda gənclərin sağlam düşüncə ətrafında birləşməsi, onların ölkənin inkişafı proseslərində daha aktiv və təşkilatlanmış şəkildə iştirakının təmin edilməsi istiqamətində uğurlu işlər aparır. YAP-ın Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının sədri İskəndər Mustafayev partiyanın yaranma və inkişaf yolundan, ölkənin tərəqqisində xidmətlərindən söz açaraq, bildirib ki, partiyanın Nazirlikdəki ilk ərazi təşkilatında qeydiyyatda olanların sayı 120-ə yaxındır. Təşkilat üzvlərinin 46 nəfəri gənclərdir və gənc üzvlərin sayı getdikcə artır. Həmin gənclərin ilk ərazi təşkilatı daxilində öz birliyini yaratmaq və təşkilatlanmış şəkildə fəaliyyət göstərmək təşəbbüsü və əzmi təqdirəlayiq haldır və bu, onların ictimai aktivliyinin daha da artmasına xidmət edəcək.

Tədbirdə YAP-ın Salatın Əsgərova, 85 ilk ərazi təşkilatı yanında Gənclər Birliyinin yaradılması təklifi yekdilliklə dəstəklənib. Bundan sonra Birliyin 9 nəfərlik idarə heyəti və idarə heyətinin sədri seçilib, təşkilati məsələlər və birliyin gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.