Nazirlikdəki İctimai Şura iclas keçirdi

nazirlikdeki-ictimai-sura-iclas-kecirdi
Oxunma sayı: 1336

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumat dinlənilib, cari məsələlər müzakirə olunub.  Nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq bioloji müxtəlifliyin mühafizəsi və ekoturizmin təşviqi,  ekoloji şəhərsalma və plastik tullantıların idarə olunması üzrə daimi işçi qrupların yaradılması təklifi müzakirə edilərək qəbul olunub. İşçi qrupların ilkin tərkibi müəyyən edilib və növbəti iclasda təsdiqlənməsi barədə qərar qəbul olunub.