Nazirlikdən 3 polisin bıçaqlanması ilə bağlı açıqlama

nazirlikden-3-polisin-bicaqlanmasi-ile-bagli-aciqlama
Oxunma sayı: 656

Dekabrın 12-də Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilən evlərdən birində yaşayan qardaşı Sahibin evində gizləndiyi müəyyən edilib.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, R. Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlib.

R. Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum edib onlara xəsarət yetiriblər. Sonradan R. Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.

Görülmüş tədbirlər nəticəsində Sahib tutulub, R. Eynalov isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.