Nazirlikdən 5 nəfərin öldüyü qəza ilə bağlı - Açıqlama

nazirlikden-5-neferin-olduyu-qeza-ile-bagli-aciqlama
Oxunma sayı: 676

Fevralın 5-də saat 15.30 radələrində Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində, Biləsuvar şəhər sakini Rüstəm Bayramovun idarə etdiyi "Mercedes" və rayon sakini Rafiq Vahidovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşub.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə R. Bayramovun sərnişinləri Müşfiq Abseyinov, Saməddin Əsgərov, Samir Əliyev oğlu və Raul İbayev, habelə R. Vahidovun sərnişini Vidadi Əliyev hadisə yerində ölüb, xəsarət alan hər 2 sürücü və Vidadi Əliyevin qızı 6 yaşlı Ayşən xəstəxanaya yerləşdiriliblər. Uşağa tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə ağırdır.