Nazirlikdən Bakıdakı avtobus qəzası ilə bağlı - - Açıqlama

nazirlikden-bakidaki-avtobus-qezasi-ile-bagli-
Oxunma sayı: 1377


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Səbail rayonunda “Ford” markalı mikroavtobus və “Daewoo” markalı avtobus toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. 

Xilasedicilər deformasiyaya uğramış mikroavtobusundan 1986-cı il təvəllüdlü  Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 14:36-da başa çatıb.