Nazirlikdən bayram açıqlaması

nazirlikden-bayram-aciqlamasi
Oxunma sayı: 648

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nazirlik telefon xətləri və borcu olan abunəçilərin (müraciət əsasında) fasiləsiz işini təmin etməyə dair göstəriş verib.

Rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək məqsədilə dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Operatorların bütün struktur bölmələrinə baş verə biləcək problemlərin operativ aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlığa gətirmək tapşırılıb.