Nazirlikdən əməkhaqqı ilə bağlı - Müraciət

nazirlikden-emekhaqqi-ile-bagli
Oxunma sayı: 2820

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər.

19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərdən maaşı minimum əməkhaqqından aşağı olan işçilərin də əməkhaqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.