Nazirlikdən fermerlərə xəbərdarlıq - “Bunlar zərərli kimyəvi maddələrdir”

Nazirlikdən fermerlərə xəbərdarlıq
Oxunma sayı: 2116

“Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin xəbərdarlığında qeyd edilib.

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bu mövzudan bəhs edilib. Xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür:

“Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi