Nazirlikdən turizmlə bağlı yeni təklif

Nazirlikdən turizmlə bağlı yeni təklif
Oxunma sayı: 1427

Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildikdən sonra hotel və turizm şirkətlərinə nəzarət etmək üçün yeni təklif irəli sürür.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend-ə bildirib ki, hazırda turizm müəssisələrinin fəaliyyət göstərməsi üçün lisenziya verilmir.

Onun sözlərinə görə, 2 il bundan əvvəl - dövlət başçısının sərəncamı ilə turizm müəssisələrinə lisenziya verilməsi dayandırılana qədər Azərbaycanda 260 turizm şirkəti var idisə, indi onların sayı çoxalaraq 400-ü ötüb:

"Hesablamalarımıza görə, onların sayı 400-dən çoxdur. Biz müxtəlif qurumlar vasitəsi ilə - vergi orqanlarından öyrənirik ki, yeni şirkətlər açılıb. Ona görə də dövlət tərəfindən onlara hansısa formada nəzarət edilməlidir".

A.İsmiyev qeyd edib ki, bu nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar. Onun sözlərinə görə, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: "Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı"nın icrasına uyğun olaraq, mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi