Nazirlikdən xəbərdarlıq

nazirlikden-xeberdarliq
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumata görə, noyabrın 9-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ancaq noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfor hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında noyabrın 8-dən 9-na keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 9-da əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.