Nazirlikdən yeni layihə

nazirlikden-yeni-layihe
Oxunma sayı: 1306

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsinə start verilir.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində gənclər arasında aktiv turizmin təbliği məqsədilə qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlar üzrə məlumat kitabçalarının hazırlanması, marşrutlar üzrə abadlıq işlərinin aparılması, istiqamət göstəriciləri və məlumat lövhələrin quraşdırılması planlaşdırılır.

Layihənin ilk tədbiri “Çıraqqala” tarixi qoruğunda 2017-ci ilin 10 noyabr saat 10:30-da keçiriləcək.