Nazirliklə “ABAD” arasında memorandum imzalandı

nazirlikle-abad-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1565

Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs arasında “Kənd təsərrüfatı sahəsində informasiya məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, memorandumun məqsədi kənd təsərrüfatı və aqrobiznes sahəsində informasiya məsləhət xidmətlərinin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı AEİMM və ABAD arasında tərəfdaşlıq əlaqələrinin yaradılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsidir.  

Görüşdə nazir müavini SeyfəddinTalıbov “ABAD” publik hüquqi şəxs tərəfindən bölgələrdə həyata keçirilən layihələrin nəticələri ilə tanış olduğunu, bu əməkdaşlığa böyük önəm verdiyini, bu sahədə hüquqi bazanın yaradıldığını və görülən işlərə nazirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini diqqətə çatdırıb. 

Nazir müavini Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə çoxşaxəli qurumlarının olmasını qeyd edərək Elmi-təqqiqat İnstitutlarının yerlərdəki təcrübə-sınaqstansiyalarından, alimlərin potensial imkanlarından, torpaq analizlərinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 11 regional aqrokimya laboratoriyasının, arıçılıq mərkəzinin, həmçinin Süni Mayalama Mərkəzininimkanlarından istifadə olunması üçün əlverişli şəraitin olduğunu bildirib. 

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD” publik hüquqi şəxsin ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərdiyini diqqətə çatdırıb.