Nazirliklə Dünya Bankının birgə komissiyalarının iclası keçirilib

nazirlikle-dunya-bankinin-birge-komissiyalarinin-iclasi-kecirilib
Oxunma sayı: 635

Nazirliyin, aidiyyatı hökumət və qeyri-hökumət strukturlarının nümayəndələrinin, adıgedən layihənin ekspertlərinin, emal və enerji sahəsində aparıcı müəssisələrin təmsilçilərinin iştirak etdiyi iclasda emal sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında məlumat verilib.

Aparılan müzakirələrin nəticəsi olaraq, növbəti mərhələdə emal sektoru üzrə hazırlanması nəzərdə tutulmuş 26 nümunəvi peşə standartının siyahısı ilə əlaqədar ilkin razılıq əldə edilib. Bu siyahı, habelə emal sektoru üzrə hazırlanmış və yerli şəraitə uyğunlaşdırılmış 14, enerji sektoru üzrə 3 nümunəvi peşə standartının layihə variantı rəy və təkliflərin verilməsi üçün Komissiya üzvlərinə təqdim edilib.

Qeyd edək ki, peşə standartlarının hazırlanması “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində Almaniyanın “GOPA Consultants” beynəlxalq məsləhətçi şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Nigar Məmmədli