Nazirliklərin “Facebook”la arası necədir? - “Like”ların siyahısı

Nazirliklərin “Facebook”la arası necədir?
Oxunma sayı: 2205

Bir neçə ildir ki, sosial medianın həyatımıza tam nüfuz etməsi ilə informasiya almaq və yaxud ötürmək kimi anlayışlar həm dövlət qurumları, həm jurnalistlər, həm də sadə vətəndaşlar üçün xeyli asanlaşıb.

Bu tendensiya dünya təcrübəsində 10 illiyə dayansa da, ölkəmizdə hələ yeni-yeni öz effektini verməyə başlayır.
Artıq rəsmi dövlət qurumları informasiyaları sayt və yaxud mətbuat xidməti vasitəsi ilə yox, sosial şəbəkələrdən  yaymağa daha çox üstünlük verir. Son aylarda sosial şəbəkələrdə fəaliyyətini gücləndirən dövlət qurumları arasında nazirliklər səhifələrini xüsusi qeyd etmək olar.

Odur ki, “Qafqazinfo” olaraq bu dəfə nazirlik səhifələrinin sosial şəbəkələrdəki bu imkanlardan nə dərəcə yararlana bildiyini araşdırmağa çalışdıq. Məlum oldu ki, rəsmi qurumlardan cəmi ikisi feysbukda rəsmi qeydiyyatdan keçib. Səhifələrdə müntəzəm olaraq gündəlik məlumatlar paylaşılsa da, aktivlik çox aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hazırda sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən dövlət qurumlarından biri olan bu nazirliyin səhifəsini 12 mindən çox adam izləyir. Səhifədə gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. Daimi olaraq maraqlı məlumatlar paylaşılır. 

Səhifə izləyicilərinin sayı elə də çox olmasa da, digər nazirlik səhifələrinə nisbətən aktivlik xeyli yüksəkdir. Belə ki, paylaşımlara ortalama 180 bəyənmə gəlir.

İqtisadiyyat Nazirliyi

Səhifəni təqribən 5 min şəxs bəyənib. İstifadəçilərə görülmüş işlərlə bağlı gündəlik informasiya verilir. Ancaq səhifədə aktivlik çox aşağıdır. Xəbərlərə ortalama 20-30 bəyənmə gəlir.

Səhifədə yazılan mesajlara gün ərzində cavab verilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Nazirliyin səhifəsi 11 min 175 şəxs tərəfindən bəyənilib və gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. Səhifədə paylaşımlara ortalama 60 bəyənmə gəlir.

Gənclər və İdman Nazirliyi

Nazirliyin feysbuk səhifəsinə sonuncu xəbər 2015-ci ildə yerləşdirilib. I Avropa Oyunlarından bu yana isə səhifədə hər hansı bir informasiya yer almayıb. 

Hazırda səhifəni 10 min şəxs izləyir. 

Təhsil Nazirliyi

Sosial şəbəkələrdə aktiv olan dövlət müəəssisələrindən biridir. 86 mindən çox izləyicisi olan səhifədə vacib informasiyalar gündəlik olaraq yerləşdirilir. Bununla yanaşı sosial kampaniyalar və sosial çarxlar da yer alır. Səhifə paylaşımlarına ortalama 80 bəyənmə gəlir.

Səhifənin mesaj bölməsi birbaşa olaraq sayta bağlıdırr və elektron məktublara 1 həftə ərzində cavab verlir.

Səhiyyə Nazirliyi

48 min izləyicisi olan səhifədə müntəzəm olaraq nazirlik tərəfindən keçirilən tədbirlələ bağlı informasiyalar yer alır. Ancaq hazırda səhifənin aktivliyi çox aşağıdır. Belə ki, paylaşımlara ortalama 8 bəyənmə gəlir.

Səhifədə mesajlara tez bir zamanda cavab verilir.

Müdafiə Nazirliyi

Rəsmi qeydiyyatdan keçmiş iki nazirlik səhifəsindən biri olmaqla yanaşı xəbərlər də gündəlik olaraq 3 dildə yayımlanır. Aprel hadisələrində yaradılaraq bir gün ərzində 100 min istifadəçi qazanan səhifənin hazırda 141 min izləyicisi var. 
Videolara 3 min, 5 min bəyənmə gəldiyi təqdirdə, gündəlik xəbərlərə ortalama 30 bəyənmə gəlir.

Kənd Təsərrüfatı Nazirliyi

Səhifəni 14 minə yaxın insan bəyənsə də, hazırda aktivliyi yüksək dövlət qurumlarındandır. Səhifədə gündəlik informasiyaların paylaşılması ilə yanaşı istifadəçilərin sualları da müntəzəm olaraq cavablandırılır. Səhifə paylaşımlarına ortalama 100 bəyənmə gəlir. 

Səhifəyə yazılan mesajlar isə bir neçə dəqiqə ərzində cavablandırılır. 

Vergilər Nazirliyi

Nazirliyin səhifəsi  44 min 500 şəxs tərəfindən bəyənilib və gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. İstifadəçilərin sualları müntəzəm olaraq cavablandırılsa da, səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara ortalama 30 bəyənmə gəlir.

Xarici İşlər Nazirliyi

9 minə yaxın izləyicisi olan səhifə nazirlik tərəfindən rəsmi qeydiyyatdan keçirilib. Səhifənin aktivliyi yüksək olmasa da, keçirilmiş görüş və tədbirlərlə bağlı müntəzəm olaraq paylaşımlar edilir. İnformasiyalar həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.

Mesajlara maksimum gün ərzində cavab verilir. 

Daxili İşlər Nazirliyi

9 minə yaxın izləyicisi olan səhifə, demək olar ki, son bir ayda aktiv fəaliyyətə başlayıb. Səhifədə xəbərlər  müntəzəm olaraq yerləşdirilsə də, hələ ki, səhifənin aktivliyi aşağıdır. Belə ki, paylaşımlara ortalama 20 bəyənmə gəlir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nazirliyin səhifəsi 43 min 200 şəxs tərəfindən bəyənilib və gündəmə və görülən işlərə uyğun olaraq paylaşımlar edilir. Ancaq səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara ortalama 25 bəyənmə gəlir.

Maliyyə Nazirliyi

7 min şəxsin bəyəndiyi nazirlik səhifəsində məlumatlar müntəzəm olaraq yerləşdirilir. Ancaq səhifədə aktivlik xeyli aşağıdır. Belə ki, paylaşımlara ortalama 30 bəyənmə gəlir.

Mədəniyyət və Turizm Nazirliyi 

17 min izləyicisi olan səhifənin adı birbaşa olaraq ingilis dilində təqdim olunsa da, informasiyalar sadəcə Azərbaycan dilində yerləşdirilir. Səhifədə müntəzəm olaraq tədbirlərlə bağlı məlumatlar paylaşılır və paylaşımlara ortalama 80 bəyənmə gəlir. 

Ən az izləyicisi olan nazirliklər isə bunlardır:

Müdafiə Sənayesi Nazirliyi:

Nazirliyin səhifəsinin 2 min izləyicisi var. Səhifədə məlumatlar müxtəlif aralıqlarla yerləşdirilir. Paylaşımlara isə ortalama 10 bəyənmə gəlir.

Fövqəladə Hallar Nazirliyi

Nazirlik səhifəsinin aktivliyi kafi olsa da, cəmi 1000 izləyicisi var. Səhifədə müntəzəm olaraq nazirlik tərəfindən keçirilən tədbirlələ bağlı informasiyalar yer alır.

Ədliyyə Nazirliyi

1100 nəfərin izlədiyi səhifədə ilk və son məlumat 2011-ci ildə paylaşılıb.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi