Nazirliyi 2 milyon pul ayrıldı – Yaşıllaşdırma üçün

nazirliyi-2-milyon-pul-ayrildi-yasillasdirma-ucun
Oxunma sayı: 649

Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezident İlham Əliyev sərəncam imzalayıb. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, sərəncamda Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması nəzərdə tutulur.