Nazirliyin ərazi şöbə rəisi vəzifəsindən azad olunub

nazirliyin-erazi-sobe-reisi-vezifesinden-azad-olunub
Oxunma sayı: 643

Qeyd edək ki, 15 dekabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş Kollegiya iclasında Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin tutduğu vəzifəyə uyğun olub-olmamasının araşdırılması barədə qərar qəbul edilib.

Kollegiya iclasının qərarına müvafiq olaraq yaradılmış Komissiyanın apardığı araşdırma zamanı sözügedən şöbənin rəisi Asif Şirinovun xidməti fəaliyyətində aşkar edilmiş nöqsanlar onun diqqətinə çatdırılıb və o, ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub.

Nigar Məmmədli