Nazirliyin hesabına istirahət

nazirliyin-hesabina-istirahet
Oxunma sayı: 643

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirlər çərçivəsində cari il ərzində 570 nəfər əlilliyi olan şəxsin Qəbələ, 230 nəfər əlilliyi olan şəxsin isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunacaq. Mayın 18-dən etibarən əlillərin istirahət mərkəzlərinə göndərilməsinə başlanacaq.

Əvvəllərdə olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil ediləcək.

Belə ki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətiriləcək.

Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda nəzərdə tutulub.