Nazirliyin idarəsi Əhmədlidə görüş keçirdi- Fotolar

nazirliyin-idaresi-ehmedlide-gorus-kecirdi-fotolar
Oxunma sayı: 672

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Əhmədli qəsəbəsində yerli vətəndaşlar Bakı şəhərinin müxtəlif müəssisələrində mövcud boş iş yerləri (vakansiyalar) ilə tanış olmaq imkanları ilə yanaşı, aktiv məşğulluq tədbirləri barədə yerindəcə məsləhət almaq, peşə kurslarına cəlb olunmaq imkanı qazanıblar.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Bakı şəhər Məşğulluq İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, bundan öncə Bakının Binəqədi, Nəsimi, Qaradağ, Nizami rayonlarında Səyyar Əmək Birjası təşkil edilib və işaxtaran vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, 2012-ci ilin yekunlarına görə, Xətai rayonunda Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 494 nəfəri işlə təmin olunub, 139 nəfərə işsizlik müavinəti təyin edilib, 64 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Ümumilikdə, Bakı şəhəri üzrə ötən il Məşğulluq Mərkəzləri tərəfindən 7639 nəfərin münasib işlərlə təmin edilməsinə, 1075 nəfərin peşə kurslarına cəlb edilməsinə nail olunub.

Cari il ərzində işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını daha da asanlaşdırmaq üçün 171 aktiv məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər içərisində Səyyar Əmək Birjasının təşkilinə də geniş yer veriləcək.