Nazirliyin kollegiya üzvlərinin yeni tərkibi təsdiqləndi

nazirliyin-kollegiya-uzvlerinin-yeni-terkibi-tesdiqlendi
Oxunma sayı: 1429

Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qərara görə, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.