Nazirliyin kollektivi Heydər Əliyev Fondunda olub

nazirliyin-kollektivi-heyder-eliyev-fondunda-olub
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, onlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olublar.

Nazirliyinin rəhbərliyi və kollektivi dünya şöhrətli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçirilən SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə, Azərbaycanın dövlət müstəqilliyinin xilas edilməsi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa ediblər.

Sonda onlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxıblar.