Nazpəri Dostəliyeva əməliyyat olundu

nazperi-dosteliyeva-emeliyyat-olundu
Oxunma sayı: 1940

Müğənninin yaxın ətrafından verilən məlumatda bildirilir ki, N.Dostəliyeva mayın 14-də əməliyyat olunub və bir gün sonra narkozdan ayılıb. Müğənni əməliyyat nəticəsində 8 kiloqram çəkidən azad olub. Bundan başqa onun göz qapaqlarında və üzündə estetik əməliyyat aparılıb.

Qeyd edək ki, əməliyyat xəbəri ilə bağlı xalq artisti ilə əlaqə saxlamağa cəhd etsək də, onun telefonu bağlı idi. Daha sonra müğənnin prodüseri Mikayıl Hüseynovla telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin telefon nə qədər çağırsa da zəngimizə cavab verən olmadı.