Nazpəri qayıtdı - Hər kəsdən üzr istədi

Nazpəri qayıtdı
Oxunma sayı: 5525

Xalq artisti Nazpəri Dostəliyeva “Səs Azərbaycan” layihəsinə geri qayıdıb. “Qafqazinfo” xəbər verir ki, ötən həftə yarışmada əməkdar artist Elza Seyidcahanla qalmaqal yaşayan və proqramı tərk edən xalq artisti yenidən münsif kürsüsündə əyləşib. 

O, mövzu barədə də açıqlama verib: “Keçən verilişdə baş verənlərə qayıtmaq istəmirəm. Amma bir şeyi vurğulayım ki, canlı yayımda dözülməz bir hal oldu.Buna görə də, verilişi tərk etdim. Hər kəsdən üzr istəyirəm. Bəzi yazıq və düşüncəsizlər başqa fikirlər irəli sürürlər. Amma xalq hər şeyi çox gözəl bilir. Allahın yaratdığı sənətkara elə xəzinə verilir ki, ona nə sponsor, nə də başqa bir şey lazım olur”. 

Qeyd edək ki, yarışmada əməkdar artist Elza Seyidcahan iştirak etməyib. 


  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi