Nazpəri və Flora əl-ələ - - Primadonnanın acığına

nazperi-ve-flora-el-ele-
Oxunma sayı: 5130


Axşam.az-ın məlumatına görə, ən diqqət çəkən məqam küsülü olan xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova və Nazpəri Dostəliyevanın eyni məkanda yığışması olub. F.Kərimova və N.Dostəliyeva bir masada oturaraq bir-birinə təriflər yağdırıb, ifalarını alqışlayıblar. 

Məclisə oğlu və gəlini ilə təşrif buyuran İ. Quliyeva isə başqa masada əyləşib. Xalq artistinin gecədə dediyi bu sözlər Flora Kərimovanın xətrinə dəyib: 

“Mən fəxr edirəm ki, Azərbaycanda yaşayıram. Danışanda kimlərinsə başqa reaksiya verməsi lazım deyil. Bəzi insanları çıxmaq şərtiylə, hamımız düz yoldayıq, vətənimizi sevirik, mehribanıq”. 

Qeyd edək ki, tədbirdə iştirak edən, aralarında qalmaqal yaşanan müğənni Natavan Həbibi və klipmeyker Zöhrab Ağayev də üz-üzə gəlməməyə çalışıb.