Nazpəridən daha bir qeyri-ciddi açıqlama - “Fəlsəfə doktoru deyiləm”

nazperiden-daha-bir-qeyri-ciddi-aciqlama
Oxunma sayı: 9691

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması məsələsiylə bağlı daha bir qeyri-ciddi açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni “Ölkə.az”a açıqlamasında bildirib ki, o, “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili”  adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır:

“Hələ ki, fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram”.

Müğənni növbəti dəfə verdiyi açıqlama ilə özünü bir daha qeyri-ciddi duruma salıb. Belə ki, bu gün səhər Dostəliyevanın köməkçisi “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, sənətçi xarici səfərdədir. Nazpəri isə bir neçə saat sonra verdiyi açıqlamada Şamaxıda olduğunu söyləyib. Üstəgəl xalq artistinə sual verən jurnalist və ya onun özü deyə bilməyib ki, bəs onun fəlsəfə doktoru olmasını göstərən sənədin arayışı haradan əmələ gəlib.